Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Xocalının səsi" qəzetinin əməkdaşları mərhum redaktor Qasım Qırxqızlının məzarını ziyarət ediblər

0

  •        "Xocalının səsi" qəzetinin 30 illiyi ərəfəsində Göygöl rayon Topalhəsənli kəndi yaxınlığındakı "Lüləli" qəbiristanlığında dəfn edilən mərhum redaktor Qasım Qırxqızlının məzarı "Xocalının səsi" qəzetinin redaktoru, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev, qəzetinin ştatdankənar bölgə müxbiri Elxan Qurbanov, Qasım müəllimin oğlu Vüqar Qasımov tərəfindən ziyarət edildi. Mərhum redaktor və yaxınlarının məzarı önünə gül dəstələri düzən tədbir iştirakçıları bütün dünyasını dəyişənlərə, şəhidlərimizə, o cümlədən doğma torpaq intizarı ilə dünyadan köçən həmvətənlərə Allahdan rəhmət dilədilər. Çıxışlarda "Tərəqqi" medalı mükafatçısı Qasım Qırxqızlının 2000-2015-ci illərdə "Xocalının səsi" qəzetində redaktor kimi fədakar əməyindən və insani keyfiyyətlərindən söhbət açıldı. Vurğulandı ki, şair, yazıçı-publisist Qasım Qırxızlı Qarabağ həqiqətləri, Xocalı soyqırımı, erməni vəhşilikləri haqqında qəzetin səhifələrində və müəllifi olduğu kitablarda geniş məlumat vermişdir, erməni cinayətkarlığının faş edilməsi üçün var gücü ilə çalışmışdır. Bildirildi ki, Vətən Müharibəsində Qarabağ torpaqlarının düşmən tapdağından təmizlənməsi ilə Qasım müəllimin də ruhu şaddır. İndi "Xocalının səsi" qəzetinin səhifələrində Şanlı Zəfərimiz işıqlandırılır.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib29 dəfə
    "Xocalının səsi" qəzetinin əməkdaşları mərhum redaktor Qasım Qırxqızlının məzarını ziyarət ediblər

    Maraqlı gələ bilər
    114
    55
    41